Hikmət Hacıyev Paşinyana cavab verib: “Yerli sakinləri girov kimi istismar etmək şantajdan başqa bir şey deyil” – Xeberler | En Son Xeberler | Son Xeberler

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib.

“Report”un məlumatına görə, Prezidentin köməkçisi qeyd edib ki, Brüsseldə razılaşdırılan Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır.

“Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılmasını imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”, – H.Hacıyev yazıb.

Mənbə:Report



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button