Qubad İbadoğluya vəkili ilə görüşməyə icazə verilmir – Xeberler | En Son Xeberler | Son Xeberler

Zibeydə Sadıqova ondan MCMİ-dən məktub gətirməsini istəyiblər

İyulun 26-da vəkil Zibeydə Sadıqovaya Qubad İbadoğuyla görüşə icazə verilməyib. Bakı İstintaq Təcridxanasında vəkildən görüş üçün DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (MCMİ) məktub istəyiblər.

Bu barədə Meydan TV-yə danışan Zibeydə Sadıqova hüquqi baxımdan məktuba ehtiyacın olmadığını vurğulayıb:

Çünki məni vəkil kimi DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi çağırmışdı, ən əsası məhkəmə qərarında mənim adım keçirsə, məktuba ehtiyac yoxdur”.

Vəkil iyulun 27-də Qubad İbadoğluyla görüş üçün bir daha cəhd edəcəyini söyləyib.

Penitensiar Xidmətdən məsələyə münasibət bildirməyiblər.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button