“Gəncə Körpü Tikini-2” dividend paylayacaq – Xeberler | En Son Xeberler | Son Xeberler

30 avqust 2023-cü il saat 16.00 -da “Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli
ünvanda keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin maliyyə hesabatı.
2. Cəmiyyətin idarə heyətinin hesabatı.
3. 2022-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiq olunması.
4. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi və hüquqi ünvanının dəyişdirilməsi.
5. Dividendlərin paylanması.
6. Cəmiyyətin direktorlar şurası sədrinin və üzvlərinin seçkisi.
7. Cəmiyyətin idarə heyəti sədrinin və üzvlərinin seçkisi.

Növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.

Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır.

Səhmdarların növbədənkənar ümumi yığıncağında səhmdar özü, yaxud notarius tərəfindən
təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi iştirak edə bilər.

Banker.az



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button