Vüqar Bayramov Qubad İbadoğlunun həbsi ilə bağlı araşdırmaların obyektiv aparılacağına inandığını deyir – Xeberler | En Son Xeberler | Son Xeberler

“Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün nə mümkündür edəcəm”

Deputat Vüqar Bayramov qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədr, iqtisadçı Qubad İbadoğlunun həbsinə reaksiya verib.

Vüqar Bayramov son həftədə xarici ölkələrdə olduğundan qardaşı Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanının olmadığını bildirib.

Bu barədə “Facebook” səhifəsində paylaşım edən deputat yazıb ki, yenə də jurnalistlərin fərqli mövzular üzrə sorğularını cavablandıra biləcək:

“Ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur”.

Deputat qardaşının həbsi ilə bağlı araşdırmaların obyektiv aparılacağına inanır:

İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək, bu məsələdə də nə mümkündür edəcəm”.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.



Վերջին նորություններ

Bənzər məqalələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button